“Binance Academy” ilə əməkdaşlıq imkanları müzakirə olunub

06 iyun 2024

İyunun 6-da İqtisadiyyat nazirinin köməkçisi Tural Şirin və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “Binance Academy”nin komanda rəhbəri Stefen Makalister və MDB üzrə icma və marketinq meneceri Alisa Prokopiv ilə görüşüblər.

 

Görüşdə 4SİM və Binance Investments Co., Ltd şirkəti arasında mümkün əməkdaşlıq, o cümlədən, universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya  məsələləri, (ölkəmizin Binance Akademiyasının “Qlobal Universitetlərlə Əməkdaşlıq Proqramı”na qoşulması), Veb3 texnologiyalarının təhsildə tətbiqi, “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” çərçivəsində istedadların formalaşdırılması proqramı, milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

“Sənaye 4.0 hazırlıq proqramı"na dair seminar keçirilib

XƏBƏRƏ BAXIN

Neftdən alqoritmlərə: Azərbaycanın rəqəmsal mükəmməllik yolu

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb