"Danışır təcrübə" layihəsinin növbəti qonağı Fariz Cəfərov olub

11 iyun 2024

Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “#Danışırtəcrübə” layihəsi davam edir.

 

Layihənin budəfəki qonağı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov olub.

 

Fariz Cəfərov rəqəmsal sahədə məlumatlılığın artırılması məqsədilə “Süni intellektin gələcəyi: insan həyatının və sənayenin transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Süni intellektin yaratdığı imkanlardan danışan Fariz Cəfərov Azərbaycanda bununla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. 4SİM-in icraçı direktoru süni intellektin bu gün dünyada kənd təsərrüfatı, infrastruktur, inşaat, istehsal və digər sahələrdə geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

 

Süni intellektlə işləyən verilənlər bazasının idarəetmə sistemləri ilə bağlı təcrübələrini də bölüşən Fariz Cəfərov sonda iştirakçıların suallarını cavablandırıb.

 

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində müntəzəm şəkildə görüşlərin təşkili nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Ölkəmizdən ilk universitet və ilk təşkilat DİF-in "Strategic Intelligence" platformasına qoşuldu

XƏBƏRƏ BAXIN

4SİM 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb