SIRI-Ağıllı Sənaye Hazırlığı İndeksi ilə bağlı vörkşop baş tutub

12 iyun 2024

İyunun 12-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) və Dünya İqtisadi Forumu (DİF) ilə birgə həyata keçirilən “IDEA” layihəsinin ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və Türkiyənin MEXT Texnologiya Mərkəzi ilə birgə Azərbaycandakı istehsalat müəssisələri üçün Ağıllı Sənaye Hazırlığı İndeksi (SIRI – Smart Industry Readiness Index) qiymətləndirməsi ilə bağlı vörkşop keçirilib.

 

Tədbirin açılışında 4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, Ağıllı Sənaye Hazırlıq İndeksi (SIRI) istehsalat müəssisələrinə onların mövcud rəqəmsallaşma imkanlarını qiymətləndirməyə kömək etmək və ağıllı sənaye transformasiyası üçün strukturlaşdırılmış yanaşma təmin etmək məqsədilə nəzərdə tutulmuş hərtərəfli alətdir.

 

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı rəqəmsallaşmanın şirkətlərin ixrac potensialının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

 

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının Ticarət, İnvestisiya və İnnovasiya bölməsinin eksperti Hezer Lin Teylor-Ştraus yerli şirkətlərin layihəyə marağını vurğulayıb. O, SİRİ layihəsinin şirkətlərin rəqəmsal transformasiyası üçün vacibliyini qeyd edib.

 

Vörkşopa 15 şirkətin 40-a yaxın mütəxəsisi qatılıb.

 

Sinqapur İqtisadi İnkişaf Şurası (EDB) tərəfindən qlobal sənaye liderləri ilə birgə işlənib hazırlanmış SIRI Sənaye 4.0-ın üç əsas istiqamətini əhatə edir: Proses, Texnologiya və Təşkilat. İndeks ağıllı istehsala hazırlığın 16 ölçüsünü qiymətləndirir, şirkətlərə öz irəliləyişlərini sənayedə iştirakçıları ilə müqayisə etməyə və ağıllı fabrik anlayışının mənimsənilməsi üçün fərdiləşdirilmiş strategiya formalaşdırmağa imkan verir.

DİGƏR XƏBƏRLƏR

“Sənaye 4.0 hazırlıq proqramı"na dair seminar keçirilib

XƏBƏRƏ BAXIN

Neftdən alqoritmlərə: Azərbaycanın rəqəmsal mükəmməllik yolu

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb