4SİM ilk dəfə keçiriləcək “iFest” tədbirinin rəsmi tərəfdaşıdır

16 iyul 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) İyulun 23-də Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək “iFest” innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır. 


Festivalda 30-a yaxın startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, panel müzakirələri və texnoloji təqdimatla zəngin maraqlı proqramı sizi gözləyir. Tədbirdə iştirak üçün 1000-dən çox ziyarətçi qeydiyyatdan keçib.


Festival iştirakçıları 4SİM stendinə yaxınlaşaraq qurumun fəaliyyəti ilə tanış ola və “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında ödənişsiz kurslara kuponlar qazana bilər. 


Qeydiyyat linki: https://kobska.az/media-center/news/olkemizde-ilk-defe-ifest-innovasiya-ve-texnologiya-festivali-kecirilecek 
Ünvan: Baku Marriott Boulevard Hotel
Tarix: 23 iyul 2024

DİGƏR XƏBƏRLƏR

"Green Hackathon" proqramına qeydiyyatın bitməsinə 2 gün qaldı!

XƏBƏRƏ BAXIN

4-cü InMerge İnnovasiya Sammiti başa çatıb

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb