Ölkəmizdə ilk dəfə "iFest" innovasiya festivalı keçirlib

23 iyul 2024

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) təşkilatçılığı, Azercosmos, Dördücü Sənaye İnqlabının Təhlili və Koordinasiya Mərkəzinin və İnnovasiyalar Mərkəzi / Innovations Center-nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı baş tutub.

 

Bu il ölkəmizdə “Yaşıl dünya naminə Həmrəylik ili” elan olunduğundan və #COP29-un Bakıda keçriləcəyini nəzərə alaraq festivalın əsas mövzusu yaşıl texnologiyalar olub. Tədbir həm də, texnologiya şirkətlərini tanıtmaq, startapların inkişafına və onların maliyyə imkanlarına çıxışına dəstək olmaq məqsədlərini daşıyıb.

 

Festivalın rəsmi açılış mərasimində çıxış edən natiqlər bu cür tədbirlərin startap və innovasiya ekosisteminin inkişafı üçün vacibliyini qeyd ediblər.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurum tərəfindən ölkədə həyata keçirilən layihələr barədə məlumat verib. Rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində startaplar və KOB-lar üçün nəzərdə tutulan dəstək fəaliyyətlərini qeyd edib.

 

Rəsmi açılış mərasimindən sonra “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı gələcək üçün innovativ həllər” mövzularında panel sessiyaları baş tutub.

 

Festival iştirakçıları həmçinin 4SİM-in stendinə yaxınlaşaraq onun icra etdiyi layihələrlə bağlı məlumat almaq və “4Sİ Akademiyası” çərçivəsində Coursera platfromasında ödənişsiz təhsil üçün kuponlar qazanmaq imkanı əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb