“4Sİ Müzakirə Platforması”nda növbəti toplantı

29 iyul 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə yaradılan dördüncü sənaye inqilabı texnologiyalarının sahəvi icmalarının “4Sİ Müzakirə Platforması” çərçivəsində Təhsil texnologiyaları (Edtech), Rəqəmsal ticarət və Fintech, Govtech və Süni intellekt icmasının üzvlərinin iştirakı ilə növbəti toplantı baş tutub.

 

“Baku Design Academy”nin dəstəyi ilə keçirilən görüşdə müxtəlif sektorları əhatə edən 30 nəfər ekspert iştirak edib. İştirakçılar Süni intellektin GovTech, FinTechEdTech üzrə tətbiqi imkanları və mövcud problemləri qruplar şəklində müzakirə ediblər.

 

“4Sİ Müzakirə Platforması” 9 icmadan ibarətdir. Bu sahəvi icmaların yaradılmasında məqsəd dördüncü sənaye inqilabı texnologiyalarının inkişafı, tətbiqi və təkmilləşməsində ortaq maraqlar ilə əlaqəli fərdlərin, ekspertlərin və bizneslərin bir araya toplanması, əməkdaşlıq, bilik və təcrübə mübadiləsini asanlaşdırmaqdır. Platformada təklif olunan nəticələr elmin və tədqiqatın inkişafı, 4Sİ sahəsində əlaqələndirmənin daha effektiv aparılması, eləcə də ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında və birgə ortaq layihələrin icra edilməsinə dəstək ola bilər.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb