“Google” şirkəti ilə əməkdaşlıq müzakirə edilib

02 avqust 2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olga Skorokhodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zunik ilə videokonfrans formatında görüşüb.



Görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.



Tərəflər COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərininin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib

XƏBƏRƏ BAXIN

Dünya İqtisadi Forumu “4Sİ Akademiyası” barədə video yayımlayıb

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb