“Coursera”da Azərbaycanlı istifadəçilərin süni intellekt kurslarına müraciət sayı 7 dəfə artıb 

15 avqust 2024

Coursera şirkətinin “2024 Qlobal Bacarıqlar Hesabatı”na əsasən platformada Azərbaycandan olan istifadəçi sayı 158000 nəfər təşkil edir. Bir il ərzində Azərbaycan istifadəçilərinin platformada süni intellekt kurslarına olan marağı 7 dəfə artıb.

 

Hesabat dövründə Courseradan istifadə edən qadınların sayı dünya üzrə 43%-dən 46%-ə yüksəlib. Azərbaycan üzrə bu göstərici 47% təşkil edir.

 

Sənəddə vurğulanır ki, Generativ Süni İntellekt, rəqəmsal transformasiya və avtomatlaşdırma sahəsində məzmunlara maraq xeyli artıb. Bu, istifadəçilərin Süni intellektin onların karyeralarına mümkün təsirinə necə fəal hazırlaşdıqlarını göstərir.

 

148 milyondan çox istifadəçisi olan Coursera platforması dünyanın 300-dən çox aparıcı universiteti və qabaqcıl texnologiya şirkətlərinin hazırladığı onlayn kurs və təlimləri təklif edir. 

 

Hazırda 4SİM-in Elm Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin Coursera şirkəti ilə birgə icra edtiyi və 10000 nəfər vətəndaşa platformaya ödənişsiz girişi təmin edən “4Sİ Akademiyası” layihəsi davam edir.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb