4SİM-in Müşahidə Şurasının iclası keçirilib

23 sentyabr 2024

4SİM-in Müşahidə Şurasının iclasında 2023-cü il və 2024-cü ilin I yarımili ərzində görülmüş işlər və 2024-2025-ci illərdə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müzakirə edilib.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya  Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda  2023-2024-cü illər ərzində 4SİM tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına dəstək, o cümlədən 4-cü sənaye inqilabı dövründə Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verilib.

 

İclasda 2024-2025-ci illər üçün qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq qarşıya qoyulmuş prioritet inkişaf məsələləri ilə bağlı müzakirələr aparılıb.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb