UNEC-də Sənaye 4.0 texnologiyaları ilə bağlı görüş keçirilib 

24 sentyabr 2024

4SİM-in təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün 4-cü Sənaye İnqilabı Texnologiyaları mövzusunda tədbir keçirlib. 

 

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov tələbələri yeni dərs ilinin başlanğıcı münasibətilə təbrik edib və qurumun fəaliyyəti ilə bağlı onlara məlumat verib. Bildirilib ki, 4SİM həm də Dünya İqtisadi Forumunun bu sahədə fəaliyyət göstərən 22 mərkəzindən biri kimi bu qurumla da sıx əməkdaşlıq edir. O, həmçinin Sənaye 4.0 texnologiyalarının yaratdığı iqtisadi imkanlardan, insan kapitalının bu yeniliklərə çevik adaptasiya olmasından və yeni bacarıqların mənimsənilməsinin vacibliyindən söz açıb.

 

Beynəlxalq ekspert Cem Arslan Sənaye 4.0 komponentləri olan süni intellekt və robototexnikanın iqtisadiyyatın müxtəlif sahələrində tətbiq nümunələri barəsində təqdimata çıxış edib. 

 

Sonra tədbirin 4-cü Sənaye İnqilabı texnologiyalarına həsr olunmuş panel sessiyası formatında davam edib. Paneldə Cem Arslan, Sabah.HUB-ın idarə heyətinin üzvü Orxan Abbasov və Caspian Innovation Center-in Data üzrə aparıcı mütəxəssisi Ülvi Zamanbəyov öz təcrübələrini tələbələrlə bölüşüb və onların suallarını cavablayıblar.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb