4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25 sentyabr 2024

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 10-11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda baş tutacaq “InMerge” Innovasiya Sammitinin əsas tərəfdaşıdır.

 

Ənənəvi olaraq 4-cü dəfə keçirilən sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr bu il də diqqət mərkəzində olacaq. Belə ki, müzakirə olunacaq mövzular sırasında Fintech, Telekommunikasiya, E-ticarət, SüniIntellekt, Marketinq, Insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq.

 

4SİM-in təşkilatçılığı ilə, oktyabrın 10-da 5 panel sessiyadan ibarət "Yeni İqtisadiyyat" vertikalı baş tutacaq. Sessiyalardan biri hökumət paneli olmaqla qabaqcıl texnoloqiyaların sayəsində dayanıqlı inkişaf məqsədlərinə nail olma, istehsal prosesində innovasiyaların tətbiqi, data əsaslı idarəetmə və innovasiya ekosisteminin inkişafı kimi mövzular müzakirə olunacaq.

 

Sammitin bu ilki qonaqları sırasında "YouTube"un həmtəsisçisi Stiv Çen, "Amazon"un baş texnologiya direktoru Verner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb