SOCAR nümayəndələri üçün "Global Collaboration Village" platformasında virtual tur təşkil olunub

25 sentyabr 2024

Dördüncü Sənaye İnqilabınn Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə SOCAR nümayəndələri üçün Dünya İqtisadi Forumunun (DİF) Qlobal Əməkdaşlıq Kəndi (Global Collaboration Village - GCV) platforması ilə bağlı məlumat sesiyyası baş tutub. 


Məlumat sessiyasında platformanın imkanları və xüsusiyyətləri ətraflı təqdim olunub və şirkət nümayəndələri üçün metaversdə virtual tur təşkil olunub. Virtual tur zamanı SOCAR nümayəndələri platformanın “Advanced Manufacturing and Supply Chain Hub" bölməsi, eləcə də analoji enerji şirkətlərinin pavilyonları ilə tanış olmaq imkanı əldə ediblər. 

 

Daha sonra tərəflər potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

 

“Global Collaboration Village” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır. Layihə “Village Accenture” və “Microsoft” ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə tərəfdaşlıq edir. Platformanın inkişafında əsas töhfə verən tərəflərdən biri də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir.

DİGƏR XƏBƏRLƏR

4SİM və ESRI 300 tələbəyə GIS bacarıqlarını inkişaf etdirməyə imkan yaradır

XƏBƏRƏ BAXIN

Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb