Fariz Cəfərov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edib

02 oktyabr 2024

Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Planeti bərpaedən insanlar: Azərbaycanın uğur hekayələri” ("People Fixing the Planet: Stories from Azerbaijan") adlı panel sessiyasında çıxış edib.


Fariz Cəfərov 4-cü Sənaye İnqilabı texnologiyalarının iqlim dəyişikliyinə qarşı mübarizədə və davamlı inkişafda oynadığı rolu vurğulayıb. Qeyd olunub ki, süni intellekt, əşyaların interneti, blokçeyn və robotlar kimi texnologiyalar sənayelərdə ətraf mühitə təsiri azaltmaqla yanaşı, resursların daha səmərəli istifadəsini təmin edə bilir.


O, 4-cü sənaye inqilabı istiqamətində Azərbaycanda icra olunan layihələr, o cümlədən 4SİM-in enerji səmərəliliyinin artırlılması və karbon emissiyalarının azaldılması məqsədilə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Qeyd olunub ki, xüsusilə süni intellekt həlləri real vaxt rejimində enerji istehlakını optimallaşdırmaq potensialına malikdir. Azərbaycan bu sahədə beynəlxalq tərəfdaşlarlarla əməkdaşlıqlarını davam etdirir.


#COP29 #bakuclimateactionweek

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb