Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

03 oktyabr 2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada süni intellektin qlobal emissiyaların azaldılmasında və iqlimlə bağlı müsbət nəticələr əldə edilməsində mühüm rolu geniş müzakirə olunub.

 

Tədbirdə çıxış edən 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov süni intellektin sənayelərin transformasiyasına və iqlim tədbirlərinin həyata keçirilməsinə verdiyi töhfələri qeyd edib. O, xüsusilə, bu texnologiyaların enerji və su səmərəliliyinin artırılmasında, hava şəraitinin proqnozlaşdırılmasında və çirklənmənin azaldılmasında oynadığı əsas rola diqqət çəkib.

 

S. Bayramov, həmçinin, 4SİM-in Dünya İqtisadi Forumunun İqlim və Təbiət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "Enerji sahəsində süni intellekt" layihəsi haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, bu layihə enerji istehlakını optimallaşdırmaq və karbon emissiyalarını azaltmaq üçün süni intellekt həllərini tətbiq etməyi nəzərdə tutur.

 

Müzakirələr zamanı süni intellektin emissiyaların azaldılması və məhsuldarlığın artırılması potensialı ətrafında konkret fəaliyyət strategiyalarının vacibliyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb