4-cü InMerge İnnovasiya Sammiti başa çatıb

14 oktyabr 2024

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), rəsmi tərəfdaşlığı ilə sayca 4-cü InMerge İnnovasiya Sammiti başa çatıb.

 

İki gün davam edən tədbirdə 25 ölkədən 4000-ə qədər iştirakçı, 60-dan çox investor, 150-dən çox startup iştirak edib.

 

Sammitdə bu il “Youtube” şirkətinin həmtəsisçisi Stiv Çen, Amazonun vitse-prezidenti Verner Vogel, Harvard Universitetinin professoru Linda Hill və Waze-in təsisçisi Uri Levin kimi tanınmış simalar öz təcrübələrini iştirakçılarla paylaşıblar.

 

Bu il tədbirdə 4SİM-in təşkilatçılığı ilə 5 panel sessiyadan ibarət “Yeni İqtisadiyyat” vertikalı baş tutub. Vertikalın ilk sessiyası olan Hökumət panelində Özbəkistan Respublikasının İnformasiya texnologiyaları və kommunikasiyalarının inkişafı nazirinin birinci müavini Olimcon Umarov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Respublikasının Sənaye və Texnologiya nazirinin müavini Kasım Gönüllü, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini İrakli Nadareişvili və Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli iştirak ediblər.

 

Bridgizz və Globalinux şirkətlərinin təsisçisi və Baş İcraçı direktoru Ahmed Laruzun moderator olduğu “Növbəti yaşıl təkamül: Davamlı inkişaf məqsədlərinə çatmaq üçün inkişaf etməkdə olan texnologiyalardan istifadə” adlı panel sessiyasında Surbana Jurong Private Limited şirkətinin Baş İcraçı direktoru Tan Vui Leonq, BP Azərbaycan-Gürcüstan-Türkiyənin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və McKinsey şirkətinin Baş tərəfdaşı Yermolay Soljenitsin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün iqlimə daha az təsir edən texnologiyaların iqtisadiyyatda tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov, Vision Innovation şirkətinin təsisçisi və Baş İcraçı direktoru Ahmed Yusif, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, Google şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Olqa Skoroxodova, Capta Strategies Africa şirkətinin ölkə rəhbəri Tayendran Naidonun moderatoru olduğu "Data əsaslı indarəetmə: qərarvermənin gələcəyi" adlı paneldə iştirak ediblər.  

 

İnnovasiya Sammitində 4SİM-in fəaliyyətini əks etdirən stenddə tədbir iştirakçılarına Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 22 üzvündən biri olan Azərbaycan mərkəzinin fəaliyyəti, Sənaye 4.0 Hazırlıq Proqramı, “4Sİ Akademiyası” layihəsinin “Milli Proqram” barədə məlumat verilir. DİF-in süni intellekt əsasında işləyən Strategic Intelligence platformasının tədqiqat imkanları əyani olaraq iştirakçılara təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

"Green Hackathon 2024" layihəsi başa çatıb

XƏBƏRƏ BAXIN

ADA Universitetində süni intellekt və data elmləri üzrə “Birinci Avrasiya Forumu” keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb