ADA Universitetində süni intellekt və data elmləri üzrə “Birinci Avrasiya Forumu” keçirilib

18 oktyabr 2024

ADA Universitetində təşkil olunan beynəlxalq forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edib.



Tədbirin iştirakçılarını salamlayan ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, forumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində mütərəqqi yanaşmalar müzakirə ediləcək. Forum dünyanın bir çox aparıcı universitetlərində çalışan alimlər süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirib.



İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti və elm və sənaye 4.0 klasterinin formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirlib ki, 51 təşəbbüs, o cümlədən 8 ana layihəni özündə ehtiva edən “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya” hazırlanıb. İnsan kapitalının inkişafı üzrə “Coursera” şirkəti ilə icra olunan “4Sİ Akademiyası” layihəsi uğurla davam edir. 4SİM həmçinin Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edir.



Tədbir daha sonra panel müzakirələri şəklində davam edib.

DİGƏR XƏBƏRLƏR

“Enerjidə Süni İntellekt Həlləri" adlı vörkşop baş tutub

XƏBƏRƏ BAXIN

"Green Hackathon" proqramına qeydiyyatın bitməsinə 2 gün qaldı!

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb