"Green Hackathon 2024" layihəsi başa çatıb

31 oktyabr 2024

30 oktyabr 2024-cü il tarixində "Green Hackathon 2024" layihəsinin yekunlaşmaşı ilə əlaqədar tədbir reallaşdırılıb.

 

Layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Final mərasimində komandalar yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həll təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış ediblər. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların dəstəyi ilə ideyalarının prototiplərini təqdim ediblər.

 

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AİB-nin Azərbaycanda ölkə üzrə direktoru Sunniya Durrani-Jamal və digər qonaqlar çıxış ediblər.

 

Müsabiqənin sonunda “Greenix” komandası I yerə,  “Envirominds” komandası II yerə,   “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.

 

Mərasim çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar" mövzusunda panel müzakirə də təşkil olunub. Müzakirədə müxtəlif yaşıl innovasiya həllərinin və texnoloji trendlərin Azərbaycan üçün əhəmiyyəti vurğulanıb.  Ekspertlər həmçinin beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb