Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə noyabrın 15-də növbəti #4SİMTalks tədbiri keçiriləcək. COP29 ərəfəsində keçirilən tədbir iqlim dəyişikliyi ilə mübarizədə sənaye 4.0 texnologiyalarının rolu barədə olacaq.
Beynəlxalq ekspertlər enerji sərfiyyatının optimallaşdırılmasında süni intellekt, iqlim problemlərinin həllində rəqəmsallaşmanın rolu və enerji sahəsində fəaliyyət göstərən startaplar mövzusunda təqdimatla çıxış edəcəklər.
Ünvan: Hyatt Regency oteli, Quba zalı
Tarix: 15 noyabr, saat 18:30
Qeydiyyat üçün: https://forms.gle/DDgKLCUqMk6B1Jk47
Tədbir ingilis dilində olacaq
“4SİM Talks” 4SİM tərəfindən icra olunan bir təşəbbüsdür. Onun məqsədi dövlət, özəl sektor, eləcə də elm-təhsil müəssisələrinin süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları, onların tətbiqi sahələri, üstünlükləri, uğurlu həllər haqda məlumat və maarifləndirilməsidir.