COP29 çərçivəsində 4SİM tərəfindən bir sıra tədbirlər təşkil olunacaq

08 noyabr 2024

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə texnologiyanın və dayanıqlı inkişafın rolu barədə geniş tədbirlər proqramı həyata keçirəcək. Bu tədbirlər dünyanın müxtəlif ölkələrindən, xüsusən də texnologiya və innovasiya sahələrində aparıcı mütəxəssisləri, təşkilatları bir araya gətirməyi hədəfləyir.

 

4SİM hər kəsi bizim açıq tədbirlərdə iştiraka dəvət edir.

 

10 Noyabr – Yerin Müşahidəsi İcmasının iştirakı ilə Dəyirmi masa (qapalı tədbir). İştirakçılar: Dünya İqtisadi Forumunun (DİF) "Yerin müşahidəsi" icmasının üzvləri, Deloitte nümayəndələri və yerli dövlət və özəl sektor təmsilçiləri.

 

13 Noyabr – DİF ilə birgə Dayanıqlı İnkişaf Liderlərinin Toplantısı (qapalı tədbir). İştirakçılar: DİF nümayəndələri, hökumət rəsmiləri, maliyyə institutları və aparıcı şirkətlərin rəhbərləri.

 

15 Noyabr – 4SİM Talks : Sənaye 4.0 texnologiyalarının iqlim problemlərinin həllində rolu (açıq tədbir). İştirakçılar: Beynəlxalq şirkətlərin (BrainBox AI, Google, Plug and Play Tech Center) ekspertləri və tərəfdaşlar.

 

16 Noyabr - COP29 Yaşıl Zona. Panel: Süni intellektin ətraf mühitə təsirlərinin azaldılması və dayanıqlı inkişafa töhfəsi (açıq tədbir). Moderator: Salma Abbasi. Spikerlər: Sam Ramadori, Veyd Bitaraf, Orxan Quliyev və Peter Benhur Nyeko.

 

16 Noyabr - COP29 Mavi Zona. Panel: Süni İntellekt: Texnoloji proqnozlaşdırma və rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü (açıq tədbir). Moderator İlkay Demirdağ. Spikerlər: Fariz Cəfərov, Olqa Skoroxodova, Çieh Huanq və Şlomi Kofman.

 

COP29 çərçivəsində təşkil olunan bu tədbirlər vasitəsilə 4SİM, dayanıqlı inkişaf və iqlim dəyişikliyi mövzularında texnoloji həllərə dair qlobal dialoqu gücləndirməyə, beynəlxalq əməkdaşlığı və qabaqcıl innovasiya həllərinin inkişafına dəstək verməyə sadiqliyini bir daha nümayiş etdirir.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb