DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

17 dekabr 2024

Dünya İqtisadi Forumunun (DİF) "Texnologiya Pionerləri" icması, dünyanın müxtəlif ölkələrindən olan və yeni texnologiyalar və innovasiyalar hazırlayan erkən mərhələdəki startaplardan təşkil olunub. Hər il DİF, şəbəkəsindəki siyasi, biznes və ictimai liderlər ilə birlikdə, planetin üzləşdiyi problemlərin həllinə yönəlmiş 2 illik əməkdaşlıq üçün 100 şirkətin seçimini həyata keçirir. 

 

Seçim kriteriyaları:

İnnovasiya: Cəmiyyətə və ya planetə uzunmüddətli müsbət təsir göstərə biləcək yenilikçi texnologiya və ya biznes modeli.

Maliyyələşmə: Toxum (Seed) və ya A Seriyası (Series A) mərhələsində investisiya almış startaplar.

Şirkətin yaşı: 10 ildən az.

Status: Müstəqil və özəl şirkətlər.

 

Son müraciət tarixi: 31 Yanvar 2025.

 

Nə gözlənilir?

Seçilmiş startaplar qlobal icma toplantılarında iştirak etmək, həmçinin investorlar və mentor şəbəkəsi və tətqiqat bazalarına çıxış imkanı əldə edəcəklər.

 

Ətraflı məlumat və müraciət üçün buraya keçid edin:

https://initiatives.weforum.org/technology-pioneers/criteria

DİGƏR XƏBƏRLƏR

DİF-in 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

XƏBƏRƏ BAXIN

4SİM-in töhfə verdiyi DİF-in “Süni intellektin enerji paradoksu” adlı hesabatı dərc olunub

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb