4SİM BMT-nin "UN Global Compact" təşəbbüsünə qoşulub

28 yanvar 2025

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi BMT-nin "UN Global Compact" təşəbbüsünə qoşulub. Bu təşəbbüsə qoşulmaqla 4SİM öz fəaliyyəti çərçivəsində Qlobal Sazişin ekoloji, sosial və korporativ idarəetmə istiqamətləri üzrə 10 universal prinsipini həyata keçirməyi öhdəsinə götürür.

 

“UN Global Compact”, təşkilatların idarəetmə, əmək və ətraf mühitə təsir sahələrində korporativ davamlılıq ambisiyalarını birləşdirmək, inkişaf etdirmək və dəstəkləmək üçün fəaliyyət göstərən BMT bölməsidir. “UN Global Compact” 160-dan çox ölkədə bütün sənayeləri təmsil edən 147 milyondan çox əməkdaşın çalışdığı 20000-ə yaxın üzv təşkilatla dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

DİGƏR XƏBƏRLƏR

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda icma nümayəndələri ilə görüş keçirib

XƏBƏRƏ BAXIN

Sumqayıt Sənaye Parkında “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə dair vörkşop keçirilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb