Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə tədqiqatları gücləndirmək, bilik mübadiləsini təşviq etmək və qlobal müzakirələri formalaşdırmaq məqsədilə maraqlı tərəfləri Forumun Strateji Zəka (Strategic Intellifence) platformasına məzmun tərəfdaşı kimi dəvət edir.
Strategic Intelligence (https://intelligence.weforum.org/) platforması qlobal məsələlər və trendlərlə bağlı məlumatları toplayır, süni intellekt və ekspert analizləri vasitəsilə onları emal edir və istifadəçilərə interaktiv xəritələr şəklində təqdim edir. Bu xəritələr müxtəlif mövzular arasındakı əlaqələri göstərir, istifadəçilərə kompleks problemləri daha yaxşı anlamağa və daha informasiyalı qərarlar verməyə imkan yaradır.
Bu təşəbbüsün bir hissəsi olaraq, tədqiqatlarınız, bloqlarınız, nəşrləriniz Dünya İqtisadi Forumunun dinamik Strategic Intelligence platformasında təqdim oluna bilər.
Məzmun tərəfdaşı olmaq üçün axtardığımız təşkilatlar:
- Ekspert tədqiqatları və analitikaya fokuslanan tədqiqat institutları, universitetlər.
- İnternet üzərində açıq şəkildə təqdim olunan məzmun
- Təşkilatınızın nəşrlər üçün xüsusi veb-səhifəsi.
Siz nə əldə edirsiniz?
- 1 milyondan çox istifadəçi və 50,000+ Forum üzvü ilə qlobal auditoriyaya çıxış
- Tədqiqatlarınızı, hesabatlarınızı, məqalələrinizi, videolarınızı, podkastlarınızı və daha çoxunu təqdim etmək.
Qəbul edilən məzmun növləri:
- Məqalələr, bloqlar, tədqiqat nəşrləri
Ətraflı məlumat - https://t.ly/Vlds9
Müraciət üçün: https://t.ly/8N4cT