4SİM-in icraçı direktoru 6-cı Beynəlxalq Süni İntellekt və Böyük verilənlər Forumunda iştirak edib

11 aprel 2025

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Böyük verilənlər Forumu keçirilib. ADA Universitetində təşkil olunan tədbirin məqsədi süni intellekt və böyük verilənlər sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də akademik çevrə, dövlət və biznes sektorunu bir araya gətirmək olub.

 

Forumun açılışında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov çıxış edib. O bildirib ki, süni intellekt texnologiyaları innovasiyaların əsasını təşkil etsə də, insan amili və etik yanaşma ön planda olmalıdır.

 

O, Azərbaycanda səhiyyə, təhsil, enerji və kənd təsərrüfatı kimi sahələrdə məsuliyyətli süni intellekt həllərinin tətbiq edildiyini qeyd edib və süni intellektin cəmiyyət üçün daha əlçatan və faydalı olmalı olduğunu bildirib.

 

F. Cəfərov Azərbaycanın 2025-ci ildə qəbul etdiyi Süni İntellekt Strategiyasının 5 əsas istiqaməti – idarəetmə, təhsil, infrastruktur, tədqiqat və beynəlxalq əməkdaşlıq – əhatə etdiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

4SİM yerli startapçıları Çində keçiriləcək “Yeni Çempionlar 2025” tədbirinə dəvət edir

XƏBƏRƏ BAXIN

Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb