Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14 aprel 2025

Kriptovalyuta və blokçeyn texnologiyalarına marağı olan şəxslər üçün unikal bir fürsət!

 

4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda 3 günlük intensiv "CryptoA2Z" təlimləri keçiriləcək.

 

Bu təlim proqramı, kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyən həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimlər 2025-ci ilin aprel ayının 25, 26 və 27-i tarixlərində təşkil olunacaq.

 

Tədris proqramında əhatə olunacaq əsas mövzular:

 

  • Kriptovalyuta nədir? Tarixi və əsas anlayışlar;
  • Blokçeyn necə işləyir? (Desentralizasiya, tranzaksiyalar və s.);
  • Binance ekosisteminə giriş;
  • Kripto təhlükəsizliyi: Fırıldaqçılıqlardan necə qorunmalı?
  • Memkoinlər, DeFi, NFT və Web3 haqqında ilkin məlumat;
  • Öz kripto hesabınızı necə yaratmalı;
  • Kriptonun real həyatda tətbiqi;
  • Bu sahədə karyera imkanları və startap qurmaq.

 

Proqram interaktiv formada keçiriləcək – oyunlar, viktorinalar, sual-cavab sessiyaları və iştirakçılar üçün xüsusi həvəsləndirici tapşırıqlar nəzərdə tutulub. Təlimin sonunda aktiv iştirakçılar “Binance” şirkətindən hədiyyələr, platformada depozit fürsətləri və digər sürprizlərlə mükafatlandırılacaqlar.

 

Tədbirin məqsədləri:

  • Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək;
  • Yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirmək.

 

Təlim ingilis dilində keçiriləcək. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.
 

İştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://meetup.binance.events/e/azerbaijan-education

DİGƏR XƏBƏRLƏR

4SİM yerli startapçıları Çində keçiriləcək “Yeni Çempionlar 2025” tədbirinə dəvət edir

XƏBƏRƏ BAXIN

4SİM-in icraçı direktoru 6-cı Beynəlxalq Süni İntellekt və Böyük verilənlər Forumunda iştirak edib

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb