İİTKM DIF-in "Strateji Zəka" platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumudur

25 aprel 2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təchizatçısı olaraq üzv olub. İİTKM bu platformada məzmun təminatçısı statusunu əldə edən ilk dövlət qurumudur.

 

Süni intellekt əsasında işləyən bu platforma istifadəçilərə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq, ən son tendensiyaları izləmək imkanı verir. Məlumatlar “transformation map” adlı interaktiv və dinamik məlumat vizuallaşdırması vasitəsilə təqdim olunur. Transformasiya xəritələri istifadəçilərə mövzular arasındakı əlaqələri dərinləşmiş şəkildə araşdırmağa və anlamağa kömək edir.

 

Platformada qlobal beyin mərkəzləri, dünyanın aparıcı universitetləri, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat institutları məzmun təchizatçısı kimi çıxış edir.

 

Bu əməkdaşlıq, İİTKM-nin ölkəmizin iqtisadi nailiyyətlərini, yerli və qlobal məsələlərlə bağlı ekspert rəylərini, eləcə də müxtəlif sahələrdəki aktual inkişafları daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradacaq.

 

Strateji zəka platforması, həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirmək və qlobal miqyasda iqtisadiyyat, sənaye, enerji və digər mühüm sahələrdə ölkəmizin nailiyyətlərini tanıtmaq üçün əvəzsiz bir vasitə rolunu oynayacaq.

DİGƏR XƏBƏRLƏR

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

XƏBƏRƏ BAXIN

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalandı

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb