Elan: Yüksək Performanslı Hesablama Avadanlığı (HPC) üzrə icraçı menecer

10 iyul 2025

Vəzifə haqqında:

 

HPC üzrə icraçı menecerin əsas vəzifəsi yüksək perfomanslı hesablama avadanlığı üzrə təqdim ediləcək xidmətlərin və həllərinin idarə olunması və optimallaşdırılması, bu vəzifənin icra olunması prosesində hesabatların təqdim edilməsi, HPC layihəsi çərçivəsində qarşıya qoyulmuş əsas hədəflərin əldə edilməsi və bütün maraqlı tərəflərin tələblərinin maksimal şəkildə təmin edilməsi məqsədilə əsas fəaliyyət istiqamətləri, texniki infrastruktur, istifadəçi tələbləri və biznes strategiyaların düzgün uyğunlaşdırılmasından ibarət olacaq.

 

Əsas vəzifələr:

 

  1. Süni intellekt, simulyasiya və böyük həcmli verilənlərin analizi kimi yeni iş yüklərinin dəstəklənməsi məqsədilə xidmətlərin göstərilməsi, resursların bölgüsü və innovasiyalar üzrə uzunmüddətli baxışın formalaşdırılması;
  2. Hesablama resursları, yaddaş həlləri və ixtisaslaşmış proqram təminatlarını əhatə edən HPC xidmətləri üçün məhsul strategiyasının hazırlanması və icra edilməsi;
  3. Tədqiqatçılar, mühəndislər və alimlərlə əməkdaşlıq edərək onların hesablama ehtiyaclarının müəyyən edilməsi və bu ehtiyacların texniki tələblərə çevrilməsi;
  4. Beynəlxalq HPC mərkəzləri ilə strateji tərəfdaşlıqları təşviq edərək əməkdaşlıq, birgə innovasiya və resursların paylaşılmış istifadəsinin təmin edilməsi, eyni zamanda məlumat suverenliyi, uyğunluq və məhsuldarlıq məqsədlərilə uyğunluğun qorunması;
  5. HPC üzrə texniki məhsul şəxslərlə birgə əməkdaşlıq edərək qiymət modelləri, xidmət səviyyəsinin razılaşmaları və istifadə qaydaları da daxil olmaqla HPC xidmət kataloqunun hazırlanması və aktual saxlanılması;
  6. HPC üzrə mühəndislərlə əməkdaşlıq edərək istifadəçi tələbləri və sənaye sahəsinin prioritetləri əsasında sistem yeniləmələrinin, yeni texnologiyaların tətbiqinin və infrastruktur sərmayələrinin prioritetləşdirilməsi işinə rəhbərliyin edilməsi;
  7. Yeni HPC texnologiyaları və həllərinin qiymətləndirilməsi və inteqrasiyası məqsədilə tədarükçülər və daxili komandalarla koordinasiyanın təmin edilməsi.

 

İxtisas tələbləri

 

  1.  Kompüter elmləri, mühəndislik və ya əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi;
  2. HPC mühitləri və ya texniki məhsul idarəçiliyi (ML) / MLOps sahəsində 5 ildən artıq təcrübə;
  3. Məhsulun uğurlu istifadəyə verilməsi və həyat dövrünün idarə olunması üzrə əməli təcrübə;
  4. Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
  5. Texniki və qeyri-texniki maraqlı tərəflərlə ünsiyyət qurmaq üçün güclü kommunikasiya bacarıqları;
  6. İngilis dili bilikləri.

 

Üstünlük verilən tələblər:

  1. Müvafiq sahə üzrə magistr dərəcəsi;
  2. Bulud hesablama platformaları və hibrid HPC mühitləri ilə iş təcrübəsi;
  3. HPC arxitekturaları, paralel hesablama və paylanmış sistemlər üzrə dərin anlayış;
  4. Tapşırıq planlaşdırma sistemləri, resurs menecerləri və HPC proqram təminatları ilə iş təcrübəsi;
  5. HPC kontekstində maşın öyrənməsi və süni intellekt iş yükləri üzrə bilik
  6. Akademik və ya tədqiqat yönümlü hesablama mühitində təcrübə;
  7. Qrant yazılışı və elmi tədqiqatların maliyyələşdirilməsi prosesləri ilə tanışlıq;
  8. Çevik (agile) metodologiyalar və layihə idarəetmə alətləri ilə iş təcrübəsi.

 

Təklif etdiklərimiz

  1. Ən son texnologiyalar və dünya səviyyəli tədqiqatçılarla işləmək imkanı;
  2. Rəqabətqabiliyyətli əməkhaqqı və geniş sosial təminat paketi;
  3. Peşəkar inkişaf və təlim imkanları;
  4. Əməkdaşlıq və innovativ iş mühiti;
  5. Çevik iş rejimi;
  6. Müasir hesablama resurslarına çıxış;

 

Təsir

  1. Bu vəzifədə HPC resurslarının effektiv və səmərəli təqdimatını təmin etməklə təşkilatımızın tədqiqat və innovasiya potensialına birbaşa təsir göstərəcəksiniz. Sizin fəaliyyətiniz bir sıra elmi sahələrdə kəşflərin həyata keçirilməsini və elmi-tədqiqatların sürətlənməsini təmin edəcək;
  2. Bu vəzifə HPC xidmətləri portfelini idarə etmək və inkişaf etdirmək üçün texniki bilik, biznes çevikliyi və güclü ünsiyyət bacarıqlarının birləşməsini tələb edir.

Maraqlanan namizədlər tərcümeyi-hal (CV) ilə office@4sim.gov.az email ünvanına (məzmun yerinə vakansiyanın adını qeyd etməklə) nazmizədliyini göndərə bilər.

Son müraciət tarixi 20 iyul 2025.

DİGƏR XƏBƏRLƏR

Bakıda “Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

XƏBƏRƏ BAXIN

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb, 7500 nəfər təlimlərə başlayıb

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb