“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28 noyabr 2025

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulan müəssisələr üçün “Təcrübə mübadiləsi sessiyası” keçirilib.

 

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Sənaye 4.0 Hazırlıq” Proqramının  sənaye müəssisələrinin texnoloji transformasiysının sürətləndirilməsi baxımından  əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir və transformasiya üzrə yol xəritəsi təqdim olunur.

 

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə yerli müəssisələrin əməliyyat səmərəliliyini artırmağı və rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.

 

Tədbir beynəlxalq ekspertlərin təqdimatları ilə davam edib. Sənaye 4.0-da süni intellekt və maşın öyrənməsi tətbiqləri, dəyişikliklərin idarə olunması və proqnozlaşdırıcı texniki xidmət kimi mövzular üzrə praktiki nümunələr təqdim olunub. Ekspertlər rəqəmsal transformasiyanın yalnız texnoloji deyil, həm də insan amili baxımından kompleks yanaşma tələb etdiyini vurğulayıblar. Real sənaye nümunələri əsasında müxtəlif həll modellərinin üstünlükləri müqayisə olunub.

 

Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada proqrama qoşulan müəssisələrin transformasiya üzrə məsul şəxsləri və mütəxəssislər iştirak edib.

DİGƏR XƏBƏRLƏR

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

XƏBƏRƏ BAXIN

4SİM Davosda “Transformasiyanın sərhədində liderlik dialoqları” tədbirində təmsil olunub

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb