4SİM Davosda “Transformasiyanın sərhədində liderlik dialoqları” tədbirində təmsil olunub

30 yanvar 2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davos İqtisadi Forumu çərçivəsində “Transformasiyanın sərhədində liderlik dialoqları” adlı tədbirdə iştirak edib. “Prosperity Paths” qlobal təşəbbüsü və “Global Oracle Association for Leaders” (GOAL) təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif sənaye sahələri, o cümlədən süni intellekt, enerji, data mərkəzləri, dayanıqlılıq və akademiya üzrə aparıcı qurumların nümayəndələri iştirak edib. 

 

Fariz Cəfərov tədbir çərçivəsində “Kontekstin formalaşdırılması” mövzusunda keçirilən sessiyasında Azərbaycanın dördüncü sənaye inqilabı üzrə gündəliyi, rəqəmsal təşəbbüslər, eləcə də superkompüter ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib. Təqdimatda regional və qlobal miqyasda rəqəmsal transformasiyanın sürətləndirilməsində dövlət-özəl sektor arasında əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanıb. 

 

Sessiyada enerji və süni intellektin səmərəliliyinin artırılması, enerji saxlanması və şəbəkə sistemlərinin inkişafı, investisiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də şəhər və regionların infrastrukturunun modernləşdirilməsi müzakirə edilib. İdeyaların praktik fəaliyyət planlarına çevrilməsi və gələcək birgə təşəbbüslər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. 

 

Tədbir çərçivəsində 4SİM-in icraçı direktoru Fariz Cəfərov və GOAL-ın təsisçisi və prezidenti Leyla Bağırzadə arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında bilik mübadiləsi və beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

 

Qeyd edək ki, GOAL dövlət, biznes və  akademik dairələri bir araya gətirən, etimada əsaslanan dialoq, strateji tərəfdaşlıqlar və sistem transformasiyasını təşviq edən beynəlxalq platformadır.

DİGƏR XƏBƏRLƏR

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

XƏBƏRƏ BAXIN

4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb