Süni intellekt dövründə müəssisələr necə dəyişir? 

31 mart 2026

Dünya İqtisadi Forumunun "Accenture" şirkəti ilə birgə “Süni intellekt dövründə müəssisələrin transformasiyası: Müəssisələr süni intellektin potensialından necə maksimum yararlanır” adlı hesabatı dərc olunub. Hesabata istinadən süni intellektdən istifadə edən müəssisələrin yalnız 15%-i iş modelini köklü şəkildə dəyişə bilib.

 

Müəssisələrin süni intellekt transformasiyası üçün aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

• iş prosesinin qurulması 

• qərarların verilməsi 

• insan və Sİ-nin qarşılıqlı əməkdaşlığı

 

Hesabatda uğurlu transformasiya üçün 5 əsas istiqamət vurğulanır:

* Müştərilərə tələbata uyğun fərdiləşdirilmiş yanaşma

* Daha çevik və dayanıqlı əməliyyatlar

* Tədqiqat və inkişafın gücləndirilməsi

* Sİ əsaslı qərarvermə

* Data əsaslı kadr siyasəti

 

Nəticə: Süni intellektə sadəcə alət kimi deyil, fəaliyyət prosesini asanlaşdıran bir imkan kimi yanaşan müəssisələr daha çox uğur qazanır.

Ətraflı: https://shorturl.az/rfdoS

 

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb