4SİM-in dəstəyi ilə BMU-da “Apple” Təlim Mərkəzi yaradılır

02 aprel 2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) "Apple" şirkətinin “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” (TASTM) layihəsi çərçivəsində  təlim mərkəzi yaradılır.

 

Layihə çərçivəsində təlimçi potensialının formalaşdırılması məqsədilə 6 müəllim cəlb olunub, onlardan 2-si artıq “Apple” təlimçi sertifikatı əldə edib. Təlim mərkəzinin fəaliyyəti üçün xüsusi tədris məkanı ayrılıb və zəruri texniki təchizatla təmin olunub. Hazırda kurikulumun tədris prosesinə inteqrasiyası üzrə hazırlıq işləri aparılır.

 

Mərkəzdə tələbələr üçün “Swift proqramlaşdırma dili ilə tətbiq hazırlanması” təlimləri təşkil ediləcək, “Swift” proqramlaşdırma dili və "Xcode” inkişaf mühiti öyrədiləcəkdir.

 

“StrategEast” təşkilatı və “Apple” şirkətinin beynəlxalq tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs tələbələrin müasir texnoloji bacarıqlar qazanmasını təmin edəcək.

 

Qeyd edək ki, “Apple” şirkətinin bu layihəsi təhsil müəssisələrində  innovativ öyrənmə mühitinin və müəllimlərin peşəkar hazırlığının gücləndirilməsinə, qlobal əməkdaşlıq imkanları vasitəsilə tələbələrin zəruri bacarıqlarının inkişafına şərait yaradır.

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb