"4Sİ Akademiyası - Milli Proqram" Oksford Universitetində təqdim olunub

22 iyun 2026

4SİM-in Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva Böyük Britaniyanın Oksford Universitetinin “Saïd Business School” məktəbində keçirilən “Ali təhsilin gələcəyi 2026” (The Future of Higher Education 2026) beynəlxalq tədbirində spiker qismində iştirak edib.

 

“İnnovasiya layihələri və onların təsiri” adlı paneldə çıxış edən şöbə rəhbəri “4Sİ Akademiyası - Milli Proqram” və onun insan kapitalının inkişafına verdiyi töhfələri, Azərbaycanın rəqəmsal bacarıqların inkişafı sahəsində əldə etdiyi təcrübəni və tətbiq olunan innovativ yanaşmaları iştirakçılarla bölüşüb.

 

Tədbir ali təhsil sahəsində fəaliyyət göstərən liderləri bir araya gətirərək süni intellektin təhsilə təsiri, ali təhsilin gələcəyi, qabaqcıl təcrübələrin paylaşılması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

 

DİGƏR XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyində “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” üzrə yol xəritələrinin icrası və növbəti mərhələlər müzakirə olunub

XƏBƏRƏ BAXIN

Bakıda tarixi mərhələ: 2026-cı il İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları 6 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb