Özbəkistanda “ICT Week Uzbekistan 2026” tədbiri çərçivəsində Türk Dövlətləri Təşkilatının Texnologiya Forumu keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Daşkənddə “ICT Week Uzbekistan 2026” beynəlxalq texnologiya həftəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Texnologiya Forumunda iştirak edib.
Forumda TDT-yə üzv ölkələrin startap və innovasiya ekosistemləri arasında əlaqələrin gücləndirilməsi, texnologiya parkları və innovasiya institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, startapların yeni bazarlara çıxış imkanlarının artırılması, vençur investisiyalarının cəlb edilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Forumun keçirilməsi təşəbbüsü 15 may 2026-cı ildə Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.
Qeyd edək ki, “ICT Week Uzbekistan 2026” dövlət qurumlarını, texnologiya və innovasiya mərkəzlərini, startap və vençur ekosisteminin nümayəndələrini, investorları və beynəlxalq texnologiya şirkətlərini bir araya gətirən platformadır.
