Azərbaycan Respublikası Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov arasında keçən görüşdə iki qurum arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Müzakirələr zamanı insan kapitalının inkişafı, birgə təlim və maarifləndirmə tədbirlərinin təşkili imkanlarına diqqət yetirilib. Eyni zamanda, görüşdə süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsi və qurumlar arasında institusional əlaqələrin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq haqqında Protokol imzalanıb.


