4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyən tələbə və yeni məzunları 3 aylıq təcrübə proqramına müraciət etməyə dəvət edir.
Müraciətlər aşağıdakı istiqamətlər üzrə qəbul edilir:
1. Data analitikası – Power BI, Python, Web Scraping, ETL
2. Layihələrin hesabatlılığı – layihələrin icrasının izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili
3. Kontent yaradıcılığı və rəqəmsal marketinq – sosial media üçün kontentin hazırlanması, rəqəmsal kommunikasiya və marketinq fəaliyyətləri
4. Tədqiqat və analitika – tədqiqat metodologiyası, analitik təhlil və düşüncə, məlumat mənbələrinin qiymətləndirilməsi, tədqiqat sənədlərinin hazırlanması; (ingilis dili biliyi – minimum B2 səviyyə)
5. CRM və müştəri münasibətlərinin idarə edilməsi – güclü ünsiyyət bacarıqları, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı
6. İnsan resursları – şəxsi işlərin və insan resursları sahəsində sənədlərinin hazırlanması, HR proqramları ilə işləmək bacarığı, güclü ünsiyyət və komandada işləmək bacarığı; (ingilis dili biliyi arzuolunandır)
Qeyd:
* Təcrübə proqramını uğurla bitirən iştirakçılara sertifikat veriləcək.
* Proqram hibrid formada həyata keçiriləcək.
* Seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcək.
Son müraciət tarixi: 27 noyabr
Müraciət üçün: https://forms.gle/csewcmCEo7xzyzxZ7
