4SİM-in strateji tərəfdaşlığı ilə “II Süni İntellekt Zirvəsi” keçirilib

18 noyabr 2026

“Facemark” şirkətinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) strateji tərəfdaşlığı ilə “II Süni İntellekt Zirvəsi” (AI Summit 2026) tədbiri keçirilib. Zirvənin əsas məqsədi süni intellektin biznes mühitinə inteqrasiyasını təşviq etmək və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verməkdir.

 

Tədbir çərçivəsində “İnsan və Süni İntellekt” panel sessiyasında 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov çıxış edib. Sessiyada texnoloji transformasiyanın cəmiyyətə və əmək bazarına təsiri təhlil olunub. İnsan kapitalının inkişafı, insan və süni intellektin birgə gələcəyi müzakirə edilib.

 

Zirvədə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təqdimatlar və panel müzakirələri təşkil olunub. “Süni İntellektin gələcəyi” adlı paneldə qlobal trendlər, beynəlxalq təcrübə və süni intellekt arxitekturasının inkişaf istiqamətləri müzakirə edilib.

 

Ümumilikdə tədbir çərçivəsində 11 praktiki masterklas və ixtisaslaşmış sessiya keçirilib. Masterklaslarda bizneslər üçün əməliyyat xərclərinin azaldılması, klassik ERP sistemlərindən intellektual sistemlərə keçid, data idarəçiliyi, adaptiv təhsil, insan resursları və kreativ sənayedə süni intellekt həlləri təqdim olunub.

 

Zirvəyə dövlət və özəl sektorun nümayəndələri, qlobal şirkətlərin rəhbərləri, akademik çevrənin nümayəndələri, süni intellekt üzrə mütəxəssislər, data analitikləri və sahibkarlar olmaqla 500-dən çox iştirakçı qatılıb.

DİGƏR XƏBƏRLƏR

4SİM tələbə və yeni məzunlar üçün təcrübə proqramı elan edir

XƏBƏRƏ BAXIN

4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb