Mingəçevir Dövlət Universitetində tələbələrlə görüş keçirilib

29 aprel 2022

Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində tədbir keçirilib. “Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusuna həsr olunmuş tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev iştirak edib.

MDU-nun rektoru Şahin Bayramov müasir qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və rəqəmsallaşmanın rolundan bəhs edərək, dövlət başçısının Fərmanı ilə yaradılan 4SİM-in bu sahədə ölkəmizin mövqeyinin gücləndirilməsində və aparıcı ölkələr arasında yer almasının təmin edilməsində önəmini diqqətə çatdırıb.

4SİM-in icraçı direktoru Tamerlan Tağıyev tədbir iştirakçılarına Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində prioritetlər və qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. İcraçı direktor bu sahədə müvafiq infrastrukturun və maliyyə resurslarının mövcudluğunun vacibliyi ilə yanaşı, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin və müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının zəruriliyini vurğulayıb.

4SİM-in Təhlil və monitorinq şöbəsinin rəhbəri Mehman Hüseynov smart sənayenin qurulması və üstünlükləri barədə tələbələrə məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb