Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun müavini Fariz Cəfərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı və İnformasiya Texnologiyaları” mövzusunda keçirilən 1-ci Beynəlxalq Konfransda iştirak edib.
Fariz Cəfərov “Dördüncü Sənaye İnqilabının iqtisadiyyatda rolu” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiq imkanları və faydaları barədə məlumat verib, rəqəmsallaşmanın dünya iqtisadiyyatının, o cümlədən Azərbaycan iqtisadiyyatının gələcək inkişafına təsirləri və yarana biləcək təhdidlər barədə fikirlərini bölüşüb.