“Hüquq sahəsində innovativ və texnoloji həllər” mövzusunda dəyirmi masa keçirilib

16 may 2023

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Hüquq sahəsində innovativ və texnoloji həllər” mövzusunda dəyirmi masa keçirilib.

Hüquq sahəsində innovasiya və 4-cü Sənaye İnqilabı (4Sİ) texnologiyalarından istifadənin təşviqini genişləndirmək məqsədilə təşkil olunan tədbirdə ekspertlərin məruzələri dinlənilib, potensial əməkdaşlığın formalaşdırılması üzrə müzakirələr aparılıb, təqdimatlar keçirilib və mövzuya aid suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycanda hüquq sahəsində startap ekosisteminin inkişaf etdirilməsi, gənclərə biznes ideyalarını həyata keçirməkdə dəstək verilməsi, eləcə də ölkə miqyasında innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi proseslərinə töhfə verilməsi məqsədilə aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), özəl sektor, eləcə də təhsil müəssisələrinin nümayəndələrindən ibarət “LegalTech” təşəbbüs qrupunun yaradılması çərçivəsində baş tutub. Təşəbbüs qrupunun fəaliyyəti həmçinin hüquq sahəsində innovasiyaların və 4Sİ texnologiyalarının tətbiqinin təşviqi, eləcə də maraqlı tərəflər arasında genişmiqyaslı əməkdaşlıq platformasının təsis olunmasını əhatə edir.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb