Bakı Ali Neft Məktəbində “4SİM TALKS” adlı tədbir keçirilib

29 sentyabr 2023

Dördüncü Sənayə İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “4SİM Talks” adlı silsilə tədbirlərin keçirilməsinə strat verib. Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyən universitet tələbələri üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

 

“4SİM Talks” adlı silsilə tədbirlərin ilk sessiyası Bakı Ali Neft məktəbində keçirilib. Tədbirdə  Baki Ali Neft Məktəbinin rektoru Elmar Qasımov günümüzdə süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini vurğulayaraq qeyd edib ki, Bakı Ali Neft Məktəbində də bu istiqamətdə mühüm işlər aparılır və yaxın gələcəkdə Ali Məktəbdə süni intellekt ixtisası, eyni zamanda Süni İntellekt Mərkəzi yaradılması planlaşdırılır.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və müxtəlif sahələrdə süni intellektin tətbiqi, bu sahədə qanunvericilik və tənzimlənmə mexanizmləri ilə bağlı geniş məlumat verib.

 

Sonra 4SİM-in Süni İntellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadə süni intellekt, onun tarixi və növləri haqqında, Dünya İqtisadi Forumun Süni İntellekt və Maşın Öyrənməsi platformasının rəhbəri Hubert Halope süni intellektin tətbiq sahələri, “QSS” şirkətinin rəhbəri Etibar Huseyinli süni intellektin təhsildə rolu, “Caspian Innovation Center” şirkətinin data mütəxəsisləri Ülvi Zamanbəyov və Əsəd Səfərrov süni intellektin neft və qaz sektorunda tətbiqi, Express Bankın data mütəxəssisi Təhminə Hüseynova süni intellektin bank sektorunda tətbiqi ilə baglı təqdimatlar keçirərək tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

Qeyd: 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə “4SİM Talks” adlı silsilə tədbirlərin mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

4SİM Startapçıları Çində keçiriləcək Yeni Çempionlar 2024 tədbirinə dəvət edir

XƏBƏRƏ BAXIN

4SİM SİRİ - Ağıllı Sənaye Hazırlığı İndeksi ilə bağlı vörkşop təşkil edir

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb