“4Sİ Akademiyası” istifadəçilərinin sayı 5000 oldu

01 mart 2024

Martın 1-dən daha 1000 nəfər  “4Sİ Akademiyası” layihəsi çərçivəsində “Coursera” platformasında 6 həftəlik təlimlərə başlayıb. Beləliklə, layihədən indiyədək 5000 nəfər faydalana bilib.

 

Bu ildən “4Sİ Akademiyası”nın istifadəçilərini 2 yenilik gözləyir. Belə ki, “Coursera” platformasında təklif olunan kursların bir qismi süni intellekt əsaslı  tərcümə  ilə müşayiət olunacaq.  Ana dilində verilən alt yazı istifadəçilərin  yeni biliklər əldə etməsini  asanlaşdıracaq.

 

Digər yenilik isə istifadəçilərə İqtisadiyyat Nazirliyi və 4SİM-in loqoları olan rəqəmsal nişanların (digital badge) verilməsidir. İstifadəçi platformada ona tövsiyə olunan 2 kursu bitirdikdə bu nişanı əldə edə bilər.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən "4Sİ Akademiyası" layihəsi çərçivəsində "Coursera" onlayn təhsil platformasında 4-cü sənaye inqilabı komponentləri olan süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin, liderlik, kommunikasiya və ingilis dili  də daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə 800-ə yaxın kurs təqdim olunur. Layihə rəqəmsal cəmiyyətə keçidin sürətləndirilməsi üçün vətəndaşların bilik və bacarıqlarının artırılmasına xidmət edir.

 

Ümumilikdə, 7000 nəfər platformadan istifadə etmək üçün müraciət edib. İştirakçılar 1 il ərzində mərhələli şəkildə “Coursera” platformasında seçdikləri təlim proqramlarından pulsuz faydalanırlar.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb