“IT HUB Azerbaijan” əmək və karyera sərgisi keçiriləcək

13 mart 2024

Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Bakı Ali Neft Məktəbi (BANM) və “StrategEast” şirkətinin birgə təşkilatçılığı ilə əmək və karyera sərgisi keçiriləcək. “IT HUB Azerbaijan” adlı sərgi BANM-ın Bayıl korpusunda (2 aprel, saat 15:00) baş tutacaq.

 

Karyera sərgisi ölkənin aparıcı rəqəmsal və texnologiya şirkətlərini bir araya toplayacaq. “Gələcək iş, gələcəyi dəyiş!” devizi ilə keçirilən tədbirdə ölkənin 100-ə yaxın texnologiya və rəqəmsal şirkəti iştirak edəcək.

 

Sərgidə ölkənin müxtəlif universitetlərində İKT sahəsində təhsil alan sonuncu kurs tələbələri və məzunlar ixtisaslarına uyğun karyera perspektivləri ilə tanış ola biləcəklər.  

 

Qeydiyyat üçün: https://azerbaijan.jobfair.strategeast.org

DİGƏR XƏBƏRLƏR

“4Sİ Müzakirə Platforması”nın ilk görüşü baş tutub

XƏBƏRƏ BAXIN

4SİM və “The Alan Turing Institute” nümayəndələri arasında görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb