Londonda Qlobal Hökumət Forumu tədbiri baş tutacaq

18 mart 2024

Martın 19 və 20-də Londonda Qlobal Hökumət Forumu I İnnovasiya (Global Government Forum) tədbiri öz işinə başlayacaq. Böyük Britaniya Hökuməti, Böyük Britaniya Dövlət Xidməti və Nazirlər Kabinetinin birgə ev sahibliyi etdiyi Qlobal Hökumət Forumu sərgi-konfransı dünyanın hər yerindən dövlət sektoru təşkilatlarının və xidmətlərinin transformasiyası və sürətləndirilməsinə cavabdeh olan hökumət liderlərini, qabaqcıl texnologiya və məsləhət şirkətlərini bir araya gətirən unikal tədbirdir.


Dünyanın hər yerində hökumətlər sürətli texnoloji, siyasi və demoqrafik dəyişikliklərin səbəb olduğu mürəkkəb sosial, iqtisadi və ekoloji problemlərlə üzləşirlər. Forum İnnovasiyaları mənimsəməklə hansı həlləri yaratmaq və cəmiyyətin inkişaf edən gözləntilərini qarşılamaq üçün yeni bacarıqlar, strukturlar və kommunikasiya üsulları qurmaq olar kimi məsələlərə toxunacaq.


İqtisadiyyat nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “Süni intellekt və maşın öyrənməsində innovasiya” sessiyasında spiker qismində qatılacaq. O, “Dövlət sektorunu Süni İntellekt üçün necə hazırlamaq olar” mövzusundə çıxış edəcək. 

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb