4SİM KOB və Startapları investissiya cəlbi ilə bağlı vörkşopa dəvət edir

03 may 2024

İyunun 13-14-də 4SİM Kiçik və orta biznes subyektlərini və startapları maliyyə mənbələrinə çıxış imkanları ilə bağlı iki günlük vörkşopa dəvət edir.


Dünya İqtisadi Forumu (World Economic Forum) ilə birgə icra olunan "Rəqəmsal iqtisadiyyata investisiyaların cəlbi" layihəsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (#UNESCAP) ilə birgə ölkədəki “scale-up” mərhələsindəki #startap və #KOB-lar bu tədbirə dəvətlidir.

 

Vörkşop çərçivəsində xarici birbaşa investisiyaların cəlbi üçün əsas göstəricilər və kriteriyalar, onlara nail olunması istiqamətində dövlət və özəl sektor iştirakçılarının vəzifələri, müvafiq sahələr üzrə bazar araşdırmasının aparılması metodları, ictimai-mədəni adaptasiya, fərdiləşdirilmiş yanaşmanın əhəmiyyəti və lokallaşdırma, maliyyə planlaşdırması, şirkət infrastrukturu və “scale-up” potensialı, resursların optimizasiyası kimi sahələrdə təlim və müzakirələr həyata keçiriləcək.


Tədbirdə həmçinin investorların hədəflənməsi strategiyalarına dair ekspert rəyi və fərdi məsləhətləşmə sessiyaları nəzərdə tutulur. Vörkşopda Azərbaycanla yanaşı, Mərkəzi Asiya və Türkiyədən də startapların iştirakı gözlənilir.


Tədbirdə yerlərin sayı məhdud olduğundan yalnız ilk müraciət edənlər vörkşopda iştirak haqqı qazana bilər.


Qeydiyyat üçün son tarix: 20 may, 2024

Tədbirin gündəliyi: https://shorturl.at/lmrDP
Qeydiyyat linki: https://lnkd.in/e3dpfqjZ

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb