4SİM-in icraçı direktoru “The Coursera Podcast”-a müsahibə verib

07 may 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov "The Coursera Podcast”a verdiyi müsahibəsində 4-cü sənaye inqilabının ölkəmizə təsirləri, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya çərçivəsində planlaşdırılan təşəbbüslər, həmçinin Coursera ilə birgə icra olunan “4Sİ Akademiyası” pilot layihəsi və Milli proqram barədə məlumat verib.
 

İşçi qüvvəsinin artan rəqabətə və əmək bazarının tələblərinə uyğun hazırlanması üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivəsində yüksək rəqabətli insan kapitalının formalaşdırılması istiqamətində atılan addımlar qeyd olunub.
 

"The Coursera Podcast"ı gələcək təhsil və gələcək iş mövzularında tanınmış ekspertlər, professorlar və sənaye liderləri ilə müsahibələr təqdim edən platformadır. Podkast Spotify, Apple Podcasts və Youtube üzərindən yayımlanır.

DİGƏR XƏBƏRLƏR

“Milli Proqram”ın icrası çərçivəsində 98 mindən çox beynəlxalq təlim uğurla başa çatıb

XƏBƏRƏ BAXIN

“Elm və sənaye klasteri 4.0” formalaşdırılması üzrə əməkdaşlıq davam edir

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb