İyunun 12-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumu arasında əməkdaşlıq çərçivəsində Türkiyənin Metal Sənayeçiləri Birliyi (MESS) tərəfindən Azərbaycan şirkətləri üçün “SİRİ” (Ağıllı Sənaye Hazırlığı İndeksi) qiymətləndirməsinin təqdimatı məqsədilə vörkşop keçiriləcəkdir.
“SİRİ” - Sinqapur İqtisadi İnkişaf Şurasının (EDB) qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə McKinsey, Siemens, SAP və TÜV SÜD ilə birlikdə yaratdığı rəqəmsal hazırlığın ölçülməsi üçün ən qabaqcıl metodlardan biri kimi dəyərləndirilir. “SİRİ” həm də Dünya İqtisadi Forumu tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodudur. Bu günə qədər bu metod dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən artıq şirkət və müəssisələrdə tətbiq olunub.
İştirakçı şirkətlər “SİRİ” qiymətləndirməsinin tətbiqinə uyğunluq meyarları əsasında müəyyənləşdiriləcəkdir. Seçilmiş şirkətlər 30 may tarixinədək məlumatlandırılacaqdır və onlar 4 iyun tarixinədək iştiraklarını təsdiqləməlidirlər. Tədbirin gündəliyi: https://shorturl.at/pyzV6
Qeydiyyat üçün son tarix: 25 May
Qeydiyyat linki: https://shorturl.at/pwY79