4SİM Startapçıları Çində keçiriləcək Yeni Çempionlar 2024 tədbirinə dəvət edir

10 may 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumu startapçıları 25-27 iyun 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçiriləcək Yeni Çempionların ənənəvi illik görüşünə dəvət edir.

 

“İnkişafın üçün növbəti sərhədlər” mövzusunda keçiriləcək görüş biznes, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, akademiya və mediadan olan 1500 qlobal lideri bir araya gətirəcək.

 

Seçim kriteriyalarına görə startapların yaşı 10-dan az olmalı, törəmə və ya birgə müəssisə olmamalıdırlar. Onlar həmçinin Dünya İqtisadi Forumunun affilə edilmiş mərkəzləri, tərəfdaş şirkətlər və ya akademik qurumlar tərəfindən seçilə bilərlər. İştirak üçün yekun təsdiq DİF tərəfindən veriləcək və startalara dəvət göndəriləcəkdir.

 

Tədbir barədə daha ətraflı: https://www3.weforum.org/docs/WEF_AMNC24_Meeting_Overview.pdf

Müraciət üçün link : https://wefglobal.eu.qualtrics.com/jfe/form/SV_0cAameG1t0VgMrY  

(Qeydiyyatdan anketini cavablandırarkən “sizin startapı təklif edən qurum” sualına “C4IR Azerbaijan” qeyd edin)

 

Müraciət üçün son tarix: 20 may 2024

DİGƏR XƏBƏRLƏR

4SİM “COP-29 Dayanıqlı biznes forumu”nda iştirak edib

XƏBƏRƏ BAXIN

Efiopiya Süni İntellekt İnstitutunun Baş direktoru 4SİM-də olub

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb