Stratap və KOB-lar üçün investisiyaların cəlbi ilə bağlı vörkşop keçirilib.

17 iyun 2024

İyunun 13-14-də Bakıda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın Rəqəmsal İqtisadiyyatına İnvestisiya (“IDEA”) qoyuluşu layihəsinin ikinci mərhələsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə birbaşa xarici investisiyaların hədəflənməsi və cəlbi, eləcə də rəqəmsal xidmət ixracının artırılması istiqamətində rəqəmsal KOB və startaplar üçün vörkşop keçirilb.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, İDEA layihəsi ötən il Dünya İqtisadi Forumu ilə birgə başlayıb. 100 şirkətlə aparılan sorğu və 15 şirkətlə aparılan müsahibə nəticəsində Azərbaycan üçün 13 istiqamət üzrə siyasət tövsiyəsi hazırlanıb. KOB və Strataplar üçün rəqəmsal investisiyaların cəlbi həmin istiqamətlərdən biridir. Növbəti mərhələdə, Azərbaycan üçün İnvesTech-in formalaşdırılması və investisiya kalkulyatorunun hazırlanması istiqamətində UNESCAP ilə birgə proqram icra olunacaq.

 

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının Ticarət, İnvestisiya və İnnovasiya bölməsinin eksperti Hizer Lin Teylor-Ştraus qeyd edib ki, 2 günlük sessiya çərçivəsində startapların vençur kapitallara çıxışla bağlı faydalı məlumatlar əldə etdiyini qeyd edib.

 

Tədbirdə Azərbaycandan 11, Türkiyə və Tacikistandan isə 4 startap iştirak edib. Bu vörkşop şirkətlərin xarici investisiyalara çıxışını asanlaşdırmaq və xarici investisiyalar vasitəsilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün onların yeni kapital fondlarına daxil olmağa, riski azaltmağa, habelə yerli bilik və təcrübədən faydalanmağa dəstək olacaq. Vörkşopda iştirak edən startap və KOB-lara beynəlmiləlləşmə planlarının həyata keçirilməsinə şərait yaradacaq yol xəritələrinin hazırlanması üçün mentorluq və qiymətləndirmə dəstəyi veriləcək.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb