4SİM “Yay Davosu” tədbirində iştirak edir

25 iyun 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 25-27 iyun tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçirilən Dünya İqtisadi Forumunun (DİF) “Yeni çempionların illik görüşü” tədbirində iştirak edir.

 

“Yay Davosu” adlandırılan görüşün builki mövzusu "İnkişaf üçün yeni sərhədlər" adlanır. Tədbir dünyanın 100-ə yaxın ölkəsindən 1600-dən çox hökumət, vətəndaş cəmiyyəti, akademiya, media və beynəlxalq təşkilatlardan olan qlobal liderləri bir araya gətirir.

 

Görüş çərçivəsində təşkil olunan sərgidə ən son texnologiyalar və dünyanın yüksək investisiya dəyərli startapları iştirak edəcək.

 

4SİM-in dəstəyi ilə Azərbaycandan iki startap komandası bu tədbirdə iştirak edir. Onlar Prezident mükafatçısı, "Entesk" startapının təsisçisi, “Teknofest”in qalibi Şahin Xəlilov və Prezident mükafatçısı, “Metatesk” startapının təsisçisi və Forbes 30 yaş altı qadınlar siyahısına daxil edilən Günay İmanzadədir.

 

3 gün davam edən Forum çərçivəsində 6 istiqamətdə - yeni qlobal iqtisadiyyat, Çin və dünya, süni intellekt dövründə biznes, sənaye üçün yeni sərhədlər, insan kapitalına investisiyalar və iqlim, enerji və təbiət problemlərinə həsr olunmuş 50-dək sessiya baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb