Çinin Dalian şəhərində “Yay Davos Forumu” davam edir

26 iyun 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) də qatıldığı Dünya İqtisadi Forumunun (DİF) “Yeni çempionların illik görüşü” tədbiri Çin Xalq Respublikasının Dalian şəhərində davam edir.

 

4SIM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə DİF-in İcraçı Komitəsinin üzvü, Strategic Intelligence Platformasının rəhbəri Stefan Mergentalerin moderatorluğu ilə “Rəqəmsal xarici birbaşa investisiyalar ilə rəqabət”adlı hub sessiyada təqdimatla çıxış edib. DİF və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə əməkdaşlıq çərçivəsində icra olunan "Azərbaycanın Rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi" layihəsinin əhəmiyyəti və əsas hədəfləri barədə iştirakçılara məlumat verilib. UNESCAP-ın innovasiya, sahbikarlıq və investisiya məsələləri üzrə rəhbəri Conatan Vonq təqdimata dair öz mülahizələrini paylaşıb.

 

Forum çərçivəsində Çinin "Viact AI" şirkətinin rəhbəri Gary Ng ilə keçirilən görüşdə şirkətin müxtəlif sənaye sektorlarında təhlükəsizliyin təmin edilməsi, rəqəmsal əkiz, uzaqdan nəzarət sistemi kimi həlləri haqqında məlumat verilib.

 

Koreya Respublikasının “Lunit” şirkətinin rəhbəri Brandon Suh ilə görüşdə şirkətin xərçəng xəstəliyinin müalicəsi üçün Süni İntellektin tətbiqini nəzərdə tutan platforması barədə müzakirə aparılıb.

 

Forum çərçivəsində Çinin CCTV kanalına müsahibə verilib. Müsahibədə ölkəmiz üçün tədbirin əhəmiyyəti, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq və ölkəmizi bu tədbirdə təmsil edən startaplar haqqında məlumat diqqətə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb