4SİM-in tərəfdaşı olduğu “Baku ID” tədbirinə start verilib.

27 iyun 2024

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşı olduğu “Baku ID” (Baku Investment Day) festivalı öz işinə başlayıb.

 

Sayca 3-cü dəfə keçirilən bu ilki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq yerli və xarici startap, 5000-dən çox iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edir.

 

Tədbirin açılış hissəsindən sonra İqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və Təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Paşa Holdinqin Aparat rəhbəri Dəyanət Sədullayevin iştirakı və Sabah Hub İnnovasiya Mərkəzinin icraçı direktoru Rəhim Bayramlının moderatorluğu ilə Hökumət paneli baş tutub. Paneldə startap və innovasiya ekosisteminin inkişafı üçün dövlət tərəfindən atılan addımlar müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

"Green Hackathon 2024" layihəsi başa çatıb

XƏBƏRƏ BAXIN

ADA Universitetində süni intellekt və data elmləri üzrə “Birinci Avrasiya Forumu” keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb